SON XƏBƏRLƏR

Almaniya Xarici İşlər Naziri: Əhmədinəjad ölkəsi üçün AR və UTANCdır

2021.10.20, 07:36
Almaniya Xarici İşlər Naziri: Əhmədinəjad ölkəsi üçün AR və UTANCdır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Əhmədinəjadın “Qüds Günü” çıxışı qərb ölkələrində jiddi reaksiya doğurub. Mahmud Əhmədinəjad o halda Holokost soyqırımını inkar edir ki İranın bütün şəhərlərində ona qarşı şüarlar səslənir. Almaniyanın xarici işlər naziri Frank Valter Ştainmayer Mahmud Əhmədinəjadı anti yəhudi çıxışına görə və Holokost soyqırımını təkrar inkar etdiyi üçün sərt tənqid edib. Frank Valter Ştainmayer sentyabr ayının 18-də Berlin şəhərində sərt bir ifadə ilə bildirib ki : “Əhmədinəjad belə dözülməz cəfəngiyatlarına görə öz ölkəsi üçün ar və utancdır”. Almaniyanın xarici işlər naziri Frank Valter Ştainmayer İran prezidentinin sözlərinə etiraz olaraq əlavə edib ki belə aşkar anti yəhudi hərəkətləri bizim hamımız tərəfindən məhkum olunmalıdır. O bildirib ki gələcəkdə bizdə anti yəhudiliklə mübarizə edəcəyik.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar