SON XƏBƏRLƏR

Milli-mədəni fəal Ümid Şükri ETTELAAT tərəfindən tutuqlanıb

2021.10.20, 07:36
Milli-mədəni fəal Ümid Şükri ETTELAAT tərəfindən tutuqlanıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin “milliharakat”-dan aldığı məlumata görə, Güney Azərbaycanın mədəni fəallarından olan Ümid Şükri sentyabrın 16-da ETTELAAT(İranın kəşfiyat nazirliyi) tərəfindən tutuqlanıb. Aldığımız məlumata görə, Ümid Şükri İstanbul Universitetinin öyrəncisidir. Onun, sentyabr ayının 14-də Türkiyə sərhəddindən İrana daxil olarkən passportu zəbt olunub. Ona deyilib ki passportu geri almaq üçün öz doğum yerinin passport idarəsinə müraciət etməlisən. Ümid iki gün sonra Ərdəbildə passport idarəsinə müraciət edərkən ETTELAAT məmurları tərəfindən tutuqlanıb və naməlum bir məkana aparılıb. Məlumata görə, tutuqlanan gün ETTELAAT məmurları Ümidin evinə gedib, axtarış apardıqdan sonra onun bir neçə xüsusi kitabını, əlyazmasını və kompüterini özləri ilə aparıblar. Ümidin ETTELAAT tərəfindən saxlanılmasını, ETTELAAT əməkdaşları telefon vasitəsi ilə onun ailəsinə xəbər veriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar