SON XƏBƏRLƏR

3 Milli-Mədəni fəal azadlığa buraxılıb

2021.10.20, 07:36
3 Milli-Mədəni fəal azadlığa buraxılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi “savalanses”-dən aldığı məlumata görə, sentyabr ayının 14-də tutuqlanmış 3 milli-mədəni fəal azadlığa buraxılıb. Güney Azərbaycanın Ərdəbil şəhərindəki milli fəallardan olan Hüseyn(Arif) Lesani, Möhsün Rəfi və Hamid Heydəri 3 gün İran Keşikçilər Korpusu (SEPAH) tərəfindən saxlanıldıqdan sonra azad olublar. Saxlanılan soydaşlarımızın yaxınlarının verdiyi məlumata görə, Ərdəbil məhkəməsi onların dosyasını araşdırdıqdan sonra, soydaşlarımızın azadlığına qərar verib. Xatırladaq ki adını çəkdiyimiz milli fəallar məktəblərin açılışı günü münasibəti ilə, Ərdəbil şəhərində ANA DİLİ ilə bağlı CD və bildirişlərin yayıldığından sonra SEPAH tərəfindən saxlanılmışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar