SON XƏBƏRLƏR

Dünən Tehranda çoxlu xəsarət alanlar, döyülənlər və həbs olanlar olub

2021.10.20, 07:36
Dünən Tehranda çoxlu xəsarət alanlar, döyülənlər və həbs olanlar olub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Sentyabrın 18-də Qüds günü yürüşünə qatılan yaşıl simvollu aksiyaçılarla hökumət qüvvələri arasında qarşıdurmalar Tehranın Vənək meydanında şiddətlənib. Vənək meydanında hökumət qüvvələrinin aksiyaçılara qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə etməsindən sonra qəzəblənərək “Diktatora ölüm”, “Allahu əkbər”, “Büt sındıran Kərrubi, böyük bütü də sındır”, “Siyasi məhbuslara azadlıq”, “Etiraf, işgəncə, təcavüz təsirini itirib” və “Nə Qəzza, nə Livan, canım İrana qurban” şüarları səsləndirən aksiyaçılar iki polis maşınını yandırıblar. Mülki geyimli hökumət qüvvələri aksiyalara qatılmış məşhur ruhani, çıxışlarında İranın dini rəhbəri ayətullah Əli Xamneyini kəskin tənqid etmiş Hadi Qəffarini amansızlıqla döyüblər. Hökumət qüvvələrinin zorakılıq nümayiş etdirməsindən sonra bir qrup aksiyaçı Dövlət Teleradio Təşkilatının binasına yön alıb oranı daşa basıb. Onlarla aksiyaçının həbs edildiyi, xeyli aksiyaçının bədən xəsarəti aldığı bildirilir. Bu gün İsfahan, Şiraz, Təbriz, Əhvaz və bir neçə başqa şəhərdə də etiraz aksiyalarının keçirildiyi vurğulanır.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar