SON XƏBƏRLƏR

ŞOK: bu erməni oyununu 3 yəhudi senator qurub. Mən də Baş nazirin yəhudi xidmətkarı olduğunu ortaya çıxarmasam, adam deyiləm

2021.10.20, 07:36
ŞOK: bu erməni oyununu 3 yəhudi senator qurub. Mən də Baş nazirin yəhudi xidmətkarı olduğunu ortaya çıxarmasam, adam deyiləm

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin SİA-ya istinadən yaydığı məlumata görə, “Dildə kürt açılımı ilə millətin başını aldadanlar erməniyə də qapı açırlar. Bu erməni məsələsində Baş nazir ABŞ yəhudiləri ilə əlbir hərəkət edir. Bunu sübut etməyə hazıram. Bu erməni oyununu 3 yəhudi senator qurub. Mən də Baş nazirin yəhudilərin necə xidmətkarı olduğunu ortaya çıxarmasam, adam deyiləm”. Türk mediasına istinadən SİA-nın verdiyi məlumata görə, bu sərt bəyanatla Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədrliyinə namizəd Əhməd Yılmaz çıxış edib. Mətbuata göndərdiyi yazılı açıqlamada erməni və demokratik açılım oyunları ilə Gül-Ərdoğan cütlüyünün millətə “sağ göstərib, sol vurduğunu” deyən Yılmaz hazırda ölkəsinin böyük bir xəyanətlə qarşı-qarşıya qaldığını bildirib. İsrailin bölgədə rahat yaşamaq istədiyini deyən siyasətçinin sözlərinə görə, bu baxımdan erməni layihəsini amerikalı ermənilər deyil, yəhudilər hazırlayıblar. “Erməni oyununda bir nəfər də Amerika ermənisi yoxdur. Layihəni hazırlayan da, onu Məclisə gətirən də, nəhayət səsverməyə çıxaran da yəhudi millət vəkilləridir. Onların hamısı ABŞ-ın Demokratlar Partiyasından olan millət vəkilləridir”, - deyə Ə.Yılmaz vurğulayıb. MHP sədrliyinə namizəd hesab edir ki, problemin həlli üçün Amerikaya deyil, İsrailə getmək lazımdır. Lakin “bacarıqsız” Baş nazirlə bu işin düzəlməyəcəyini düşünən Yılmaz bəyan edib ki, belə gedərsə, yəhudilər Türkiyəni böləcək və tarixi istəkləri olan Fərata sahib olacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar