SON XƏBƏRLƏR

İrana qarşı, ABŞ və Rusiya yaxınlaşırlar

2021.10.20, 07:36
İrana qarşı, ABŞ və Rusiya yaxınlaşırlar

Gunaz.tv
«ABŞ Şərqi Avropadakı planlarından tam imtina etməyib» Vəfa Quluzadə: «ABŞ birinci prioritet kimi nüvə silahına sahib olan Rusiyanı neytrallaşdırmaq istəyir» ABŞ-ın Polşa və Çexiyada raketdən müdafiə sistemlərinin yerləşdirilməsindən rəsmən imtina etməsi beynəlxalq ictimaiyyətdə müəyyən çaşqınlıq yaradıb. Çünki Amerika uzun müddət idi ki, Şərqi Avropadakı planlarının əsas hissəsini məhz bu raket sistemlərinin yerləşdirilməsi olduğunu bəyan etmişdi. Hətta ABŞ bu planlarına görə bir müddət əvvəl Rusiyanın sərt təpkisiylə də üzləşmişdi. Ona görə artıq reallaşmaq ərəfəsində olan bu layihədən ABŞ-ın imtina etməsini ekspertlər birmənalı qarşılamırlar. Onların fikrincə, ABŞ Şərqi Avropadakı planlarından başqa vacib maraqlarının ifadəsi üçün imtina edib. Mövzuyla bağlı suallarımızı politoloq Vəfa Quluzadəyə ünvanladıq. V.Quluzadə hesab edir ki, Vaşinqtonun Şərqi Avropada raketdən müdafiə sistemlərinin yerləşdirməkdən imtinası Rusiya ilə müəyyən razılıqların olmasından xəbər verir: - Rusiya ABŞ-ın Şərqi Avropadakı planlarından narahat idi. Indi isə Robert Qeyts elan etdi ki, ABŞ-ın əsgəri donanması Şərqi Avropadakı sistemlərin əvəzinə həmin vəzifəni yerinə yetirməyə qadirdir. Deməli, bir yandan Rusiya öz istəklərini təmin etdi, ABŞ isə heç nə itirmədi. ABŞ əslində öz planlarını başqa vaxta keçirib. Rusiya isə öz növbəsində ABŞ-ın planları məlum olandan sonra öz ərazisindən Əfqanıstana uçuşlar etməyə imkan yaratdı. Bu Rusiyanın böyük bir güzəştidir. ABŞ birinci prioritet kimi nüvə silahına sahib olan Rusiyanı neytralaşdırmaq istəyir. Düşünmürəm ki, ABŞ maraqlarını baş verən proseslərdə qurban verir. ABŞ-a hazırda Rusiyanın əleyhinə hər hansı qıcıqlandırıcı siyasət aparmaq sərf etmir. Çünki Rusiya çökən dövlətdir. Çökən dövləti isə əsəbiləşdirməyə dəyməz. Rusiyanın qarşısına qoyduğu heç bir plan həyata keçməyib. Rusiyanın MDB-ni Sovet Ittifaqına çevirmək istəyi baş tutmadı, Ukraynanı təsiri altına qaytarmaq niyyəti alınmadı, Belarus ilə bir dövlət yaratmaq planı uğursuzluğa düçar oldu. Bütün bu hadisələrin fonunda isə Şimali Qafqaz Rusiya üçün itirilib. ABŞ-la Rusiya Iranla bağlı ortaq məxrəcə gəliblər - ABŞ raketdən müdafiə sistemlərini Şərqi Avropada yerləşdirmək planını gündəmə gətirəndə, belə bir fikir də səsləndirilmişdi ki, Ağ Ev bu addımlarından imtina edə bilər. Bunun üçün Rusiyanın Iranla bağlı məsələdə Vaşinqtona dəstəyi lazımdır. Sizcə, hazırkı imtina Iranla bağlı ola bilərmi? - Sözsüz ki, Iranla bağlı müəyyən məqamlar nəzərə alınıb. Amma belə razılaşma varsa belə, o məxfi saxlanılır. Görünən isə odur ki, Rusiya Iran əleyhinə ABŞ-la əməkdaşlıq etməyə meyllidir. ABŞ-la Rusiya Iranla bağlı ortaq məxrəcə gəliblər. Bundan başqa Netanyahunun Moskvaya gizli səfəri də bir sıra müəmmalarla doludur. Istisna deyil ki, bu səfər zamanı Israil ABŞ-la Rusiyanın Iranla bağlı razılaşması barədə məlumatlandırılıb. Iran bundan savayı Rusiyanın yürütdüyü siyasət nəticəsində təklənməkdədir. Bu yaxınlarda Aktauda keçirilən Xəzəryanı dövlətlərin toplantısına məhz Rusiyanın təşəbbüsü ilə Iran dəvət olunmadı. Iran isə buna kəskin etirazını bildirdi. Bütün bunlar isə göstərir ki, Rusiya Iran münasibətləri korlanmağa doğru gedir. Rusiya isə yaranmış vəziyyətdə Amerikanın tərəfində çıxış etməyin daha məntiqli olduğunu düşünür. Bundan başqa bu gün artıq ABŞ rəhbərliyi Iran məsələsində ona yardımçı olması üçün Rusiyaya rəsmən müraciət edib. Bütün bunlar isə Şərqi Avropadakı planlardan imtinanın təsadüfi olmadığını ortaya qoyur. Qəbələ RLS ABŞ-a lazım deyil - Bu addım ABŞ-ın Rusiya ilə Qəbələ RLS-in birgə istifadəsinə necə təsir edə bilər? - Düşünmürəm ki, ABŞ Qəbələ RLS-dən istifadəyə möhtacdır. Əgər ABŞ-la Rusiya arasında Iranla bağlı informasiya mübadiləsinə dair razılaşma varsa, Kreml bu məlumatı Vaşinqtona ötürəcək. Ona görə ABŞ-ın Qəbələ RLS-ə gələrək, burada iştirakına heç bir ehtiyac yoxdur. - ABŞ mətbuatının yazdığına görə, Iranın Avropanı vuracaq ballistik raketləri olmadığından Vaşinqton Şərqi Avropadakı planlarından imtina edib… - Əslində baş verənlərlə bağlı müxtəlif fikirlər səsləndirilə bilər. Və burada birmənalı qiymət vermək çətindir. ABŞ-ın Şərqi Avropadakı planlarından imtinasıyla bağlı çoxlu fikirlər ola bilər. Əsas məsələ ABŞ-ın Iranla münasibətləri müəyyənləşdirməsidir. O da istisna olunmamalıdır ki, zəifləmiş Rusiya gələcəkdə ABŞ-a yardımçı dövlətə çevrilə bilər. Hətta Rusiyanın gələcəkdə NATO-ya daxil olması belə istisna olunmamalıdır. - Raketdən müdafiə sistemlərindən imtina Polşa və Çexiyada satqınlıq kimi dəyərləndirilib. Sizcə bu ABŞ-ın bu ölkələrlə əməkdaşlığına neqativ təsir etməyəcək? - Düşünmürəm ki, Polşa və Çexiya ABŞ-ın bu məsələyə yanaşmasına dövlət səviyyəsində kəskin etiraz bildirəcəklər. Hər iki dövlət Şərqi Avropada ABŞ-ın müttəfiqləri və NATO-nun üzvləridir. Digər tərəfdən hazırda Rusiya Çexiya və Polşa üçün ciddi təhlükə deyil. Üstəlik Rusiyanın perspektivini və oradakı hazırkı vəziyyəti görəndə vəziyyət bir qədər də aydınlaşır. Digər tərəfdən bəlkə də ABŞ heç Polşa və Çexiyada raketdən müdafiə sistemləri tikmək niyyətində olmayıb. Sadəcə olaraq bu addım Rusiyadan əlavə güzəştlər qopardılması naminə atılıb. Xəyal Şahinoğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar