SON XƏBƏRLƏR

Mühafizəkarlar Xatəminin ƏMMAMƏsini başından dartıb, yerə atdılar

2021.10.20, 07:36
Mühafizəkarlar Xatəminin ƏMMAMƏsini başından dartıb, yerə atdılar

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, “Qüds Günü” nümayişlərdə iştirak edən, İranın keçmiş prezidenti Məhəmməd Xatəmi hakimiyət qüvvələri tərəfindən hücüma məruz qalıb. Bu hadisə bir neçə saat əvvəl Tehranın Hicab küçəsində baş verib. Aldığımız məlumata görə, hücumçuların birisi Xatəmiyə yaxinlaşaraq onu bıçaqlamaq istəyib ancaq Xatəmini əhatəyə alan tərəfdarları bu cəhdə imkan verməyibl. Bununla belə başqa bir hüccmçu Xatəmini öz tərəfdarlarının içində fiziki təzyiqə məruz qoyaraq onun ƏMMAMƏsini dartıb başından çıxarıb. Bu şəkildə Xatəminin əmmaməsini yerə atıblar. Bildirilir ki Hücumçu həmən hadisə yerindən uzaqlaşa bilib. “kermannama” saytı isə bildirir ki M.Xatəmiyə hücum çəkən qrupa İranın dini rəhbəri ayətullah Əli Xamneyinin “Keyhan” (hökumət qəzetidir) qəzetindəki nümayəndəsi Hüseyn Şəriətmədarinin oğlu, Əbülfəzl Şəriətmədari başçılıq edib. Həmin mənbə Hətta Əbülfəzl Şəriətmədarinin özünün də bu hücumda iştirakını bildirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar