SON XƏBƏRLƏR

“QÜDS GÜNÜ”: “Bu qeyrətli Kərrubi - xalqının qəzəb səsi”, “Çevriliş hökuməti, istefa, istefa”, “Ya Hüseyn, Mirhüseyn”

2021.10.20, 07:36
“QÜDS GÜNÜ”: “Bu qeyrətli Kərrubi - xalqının qəzəb səsi”, “Çevriliş hökuməti, istefa, istefa”, “Ya Hüseyn, Mirhüseyn”

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, bu gün İranda “Qüds Günü” keçirilir. “yaşıl hərəkat” kimi tanınan 10 minlərlə islahatçılar tərəfdarı İranın müxtəlif şəhərlərində küçələrdədirlər. onlar bu gündən istifadə edərək İranda keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə etirazlarını bildirirlər. Aldığımız məlumata görə, “Yaşıl hərəkat”ın rəhbərləri kimi tanınan keçmiş baş nazir Mirhüseyn Musəvi, Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi və keçmiş prezident Məhəmməd Xatəmi aksiyaçılar arasındadırlar. Aksiya Tehranın bir çox yerində keçirilir. Ancaq əhalinin sıxlığı daha çox Fələstin, Kərimxan Zənd, Vəliyi-əsr və Həfte-tirdə hiss olunur. soyuq silahla yaraqlanan “Bəsic” (hökumət tərəfdarı olan könüllülər) qüvvələri ilə aksiyaçılar arasında bir neçə küçədə ciddi qarşıdurma yarandığı, bir neçə aksiyaçının bədən xəsarəti aldığı haqda xəbərlər yayılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar