SON XƏBƏRLƏR

Azәrbaycan Milli Dirәniş Tәşkilatı’nın İran Adlanan Ölkәdә Yeni Tәhsil İlinin Başlaması İlә Bağlı Bildirişi

2021.10.20, 07:36
Azәrbaycan Milli Dirәniş Tәşkilatı’nın İran Adlanan Ölkәdә Yeni Tәhsil İlinin Başlaması İlә Bağlı Bildirişi

Gunaz.tv
Sәksәn ildәn bәri tekrarlanan bir trajedinin bir daha başlanmasına yaxınlaşmaqdayıq. Sәksәn ildir bütün insani dәyәrlәrә vә bilimsәl gerçәklәrә zidd bir şәkildә Güney Azәrbaycanlı Türk uşaqlarının istedadları vә başarıları öz ana dillәrindә tәhsil almaqdan mәhrum edilmәk surәti ilә qısırlaşdırılmaqdadır. Bütün özgür millәtlәrin uşaqları üçün bir sevinc, şәnlik vә hәyәcan ocağı olan mәktәb, sәksәn ildir Güney Azәrbaycanlı Türk uşaqları üçün bir qorxu vә әziklik daxmasına çevrilmişdir. Azәrbaycan Türk Millәti’nin keçmişi vә gәlәcәyi Fars apartaydının mәktәb adı verdiyi, әdalәtsizlik sәmbolu, bu zülmxanalarda sәksәn ildәn bәri yanmaqdadır. Yenә oxulların açılış günü olan 1 Mehr (23 Sentyabr) gәlib çatır vә yenә İran dövlәti zalimcәsinә vә xaincәsinә millәtimizin yasal, tarixsәl vә insani haqqı olduğu halda sәlb edilmiş Türk dilindә tәhsil haqqını geri vermәkdәn imtina edir. Azәrbaycan Milli Dirәniş Tәşkilatı (AMDT) olaraq millәtimizin uğradığı bu haqsızlığı bütün şiddәti ilә qınayıb ilk oxuldan etibarәn Türk dilindә tәhsil almaq haqqı daxil olmaqla millәtimizin bütün milli vә kültürәl haqlarının bir an öncә geri verilmәsini istәyirik. Ayrıca Azәrbaycan Milli Dirәniş Tәşkilatı olaraq bütün isan haqları vә uluslar arası quruluşlara sәslәnәrәk onları bu haqsızlıq qarşısında sәssiz qalmamağa vә bu haqların iadәsi üçün İran dövlәtinә basğı yapmağa çağırırıq. Azәrbaycan Milli Dirәniş Tәşkilatı bu acı vә hüzünlәndirici gündә başda milli qurum vә qurulışlarımız habelә sәdaqәtli vә qorxmaz fәallarımız olmaqla, Azәrbaycan Türk Millәti’nin hәr bir fәrdini görәvә çağırıb hәr kәsi barışcıl vә demokratik mәnfi mücadәlәyә dәvәt edir. Şübhәsiz belәnçi bir gündә hәr kәs öz yolu vә metodu ilә mәnfi mücadәlә edәbilәr vә heç olmasa әtrafındakı insanları danışaraq aydınlada bilәr. Әlbәttә tәbiidir ki bu xususda әsas vәzifә milli quruluşlarımızın çiyninә düşmәkdәdir. İnanırıq ki Mayıs 2006’daki umumi ayaqlanması ilә vә son seçki olaylarında da aktiv sәssizlik tutumu ilә öz yüksәk siyasi şuur vә milli birliyini gözlәr önünә sәrib düşmanları xәyal qırıqlığına uğradan millәtimiz can damarı qәdәr hәyatı önәmә sahib olan Türk dili mәsәlәsindә dә öz güc vә iqtidarını ortaya qoya bilәcәkdir. Azәrbaycan Milli Dirәniş Tәşkilatı Güney Azәrbaycan 18.09.2009

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar