SON XƏBƏRLƏR

Nüvə proqramı İran ilə Fransa arasında da problemə çevrilir

2021.10.20, 07:36
Nüvə proqramı İran ilə Fransa arasında da problemə çevrilir

Gunaz.tv
İRNA xəbər agentliyinin İran Xarici İşlər Nazirliyinin informasia mərkəzinə istinadən verdiyi məlumatda nazirliyin sözcüsü Həsən Qəşqavinin Fransa prezidenti Nikoa Sarkozinin İranın nüvə proqramı ilə bağlı sözlərini tənqid etdiyi bildirilib. Qəşqavi İranın nüvə proqramının sülh məqsədli olduğunu vurğulayıb və Fransa yetkililərin bəyanatları həqiqəti əks etdirmədiyini açıqlayıb. O qeyd edib ki, belə bəyanatlar Fransız xalqının sivilizasiya ruhuna və şüurüna uyğun deyil. Xatırladaq ki, dünən (16 Sentyabr) Fransa Prezidenti Nikolay Sarkozi öz partiyasının parlament fraksiyasının iclasında bildirmişdi ki, Fransanın məxfi orqanları İranın nüvə silahı əldə etməsi ilə bağlı yeni məlumatlar əldə edib. O, əlavə edib ki İranın nüvə silahına yiyələnməsinə yol vermək olmaz. Qəşqavi Fransa prezidentindən belə ifadələri eşitməkdən çox təəssüfləndiyini bildirərək əlavə edib: Belə sözlər MAGATE-nin ekspertlərinin gördükləri və məruzələrində işarə etdiklərinə uyğun deyil və eyni zamanda “5+1” grupunun digər üzvlərinin mövqeyi ilə də ziddiyyət təşkil edir. Bu isə Fransa yetkililərin qərəzli mövqeyini nümayiş etdirir.” O, Sarkozinin fikirlərini ABŞ-ın keçmiş prezidenti Corc Buşun möqeyinə oxşadaraq bildirib ki, bu düşüncə İsrailin təsiri nəticəsində formalaşıb, amma belə bəyanatlar İranı tutduğu yoldan geri döndərə bilməz. Iran rəsmisi bildirib k,i İran “5+1” grupu ilə danışıqları davam etdirəcək. Xatırladaq ki, son zamanlar İranın nüvə proqramı ilə bağlı beynəlxalq cəhdlər artıb. “5+1” qrupu İranı nüvə proqramını dayandırmağa və müzakirələrə başlamağa çağırsa da, İran bu təklifi qəbul etmir. İran Xarici İşlər Nazirliyi isə “5+1” qrupunun təklifinə cavab olaraq 10 səhifədən ibarət yeni təklif paketi göndərib və bu paket ətrafında müzakirələrə hazır olduğunu bildirib. Öncə ABŞ, sonra isə digər ölkələr bu danışıqların başlamasına qərar verib. Bu həftə Qərb ölkələri İranı danışıqları başlamağa və nüvə proqramı fəaliyyəti dayandırmağa yönəlik daha cidi cəhdlər göstərməsi gözlənilir. Son zamanlar İsrail yetkililərinin fəallşması və Rusiya və AB yetkililəri ilə görüşləri, bu görüşlərdə İran məsələsinin müzakirə olunması, Avropa dövlətlərinin İrana qarşı sərt bəyanatlarını nəzərə alsaq bu İranın son şans ola bilər.araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar