SON XƏBƏRLƏR

İran prezidenti nüvə proqramını dayandırmağı mümkünsüz adlandırıb

2021.10.20, 07:36
İran prezidenti nüvə proqramını dayandırmağı mümkünsüz adlandırıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran prezidenti Mahmud Əhmədinejat NBC televiziyasına müsahibəsində bildirib ki Qərbin şübhələrinə son qoymaq üçün nüvə proqramını dayandırmaq mümkünsüzdür. O qeyd edib ki “Bu növ silahlara ehtiyacımız yoxdur. Biz hər zaman danışıqlara inanmışıq, amma hesab edirik ki, müzakirələr heç nəyi dəyişməyib. Əgər siz dinc məqsədlər üçün uranın zənginləşdirilməsindən danışırsınızsa, buna İranda heç bir vaxt son qoyulmayacaq”. Əhmədinəjad seçki məsələsinə de toxunub. O bildirib ki bu haqda heç bir problem yoxdur və mən qanuni yolla seçilmişəm.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar