SON XƏBƏRLƏR

İranda daha bir Din Xadimi öldürüldü

2021.10.20, 07:36
İranda daha bir Din Xadimi öldürüldü

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, son həftə ərzində Sənəndəc şəhərində ikinci tətl hadisəsi baş verib. İran dövlət televiziyasının məlumatına görə, İranın ekspertlər Şurasının(üləmalar məclisi) üzvü Məhəmməd Şeyxülislam Kürdüstan ostanında evinin qarşısında güllələnib. Ötən həftənin şənbə günü son prezident seçkilərində Mahmud Əhmədinejatı dəstəkləyən Borhan Əli Ruhani də eyni şəraitdə qətlə yetirilmişdi. Xatırladaq ki Sənəndəc şəhəri İranda yerləşən kürdüstan ostanının mərkəzidir. Qətlin təfərrüatı haqqında hələlik heç bir məlumat verilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar