SON XƏBƏRLƏR

ABŞın yeni qərarı Polşanı coşdurdu, Rusiya isə məmnundur

2021.10.20, 07:36
ABŞın yeni qərarı Polşanı coşdurdu, Rusiya isə məmnundur

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ prezidentinin Şərqi Avropada raketdən müdafiə sistemini yerləşdirmək planından imtinasını rəsmi olaraq elan etməsindən sonra onun təklif etdiyi eşelonlaşdırılmış sistemin təfərrüatları barədə məlumatlar verilir. Bildirilir ki, İran hazırda yaxın və orta radiuslu raketlər istehsal etdiyindən Şərqi Avropada raketdən müdafiə sistemi yerləşdirilməsi planı eşelonlaşdırımış müdafiə sistemi ilə əvəz olunacaq. Artıq ABŞ prezidenti bununla bağlı pentaqonun 4 mərhələli təkliflərini təsdiqləyib. 2011-ci ildə həyata keçiriləcək ilk mərhələdə Şərqi Avropada Mobil raketdən müdafə sistemi, sistemin sınanmış elementləri və dəniz qurğuları və raket tutucular yerləşdiriləcək. 2015,2018,2020-ci illəri əhatə edən digər mərəhələlərdə sistemin fəaliyyəti izləniləcək,yaxın və orta radiuslu raketlərdə müdafiə qabiliyyəti yoxlanılacaq. Rəsmi Varşava isə narazılığını gizlətmir. Polşa rəsmiləri bunu xəynət,yəni Amerikanın uzun müddətdir həyata keçirmək istədiyi siyasətdə kəskin və gözlənilməz,eləcə də əsassız dönüş adlandırır,fəlakət hesab edir. Amerikalı nümaəynələrlə danışıqlar aparan Polşa rəsmiləi isə açıqlama verməkdən imtina edir. Rəsmi Moskva isə əksinə məmnundur. Rusiya prezidenti Dmitri Medvedyev Amerikalı həmkarının açıqlamasını Vaşinqtonun Moskva ilə işləmək niyyəti kmi şərh edir və bildirir ki, bu məsələdə əməkdaşlığa hazırdırlar. Dmitri Medvedüev Amerikaya raketlərin yayılması risklərinə qarşı səmərəli qərarlar qəbul edəcəklərini,hər iki ölkənin maraqlarını nəzərə alaraqavropa məkanında bərabər təhlükəsizlik sistemini formalaşdırmaq istədiklərini vurğulayır. Amerika prezidentinin qərarını NATO-nun yeni seçilən prezidenti Andres Foq Rasmussen də alqışlayıb. Şimali Atlantik Alyansın rəhbəri bu addımı dəyişikliyə gedən yoldu müsbət qərar adlandırıb. Onun fikrincə, bu məsələdə abş NATO üzvlərini də əhatə edəcək daha irimiqyaslı dəyişikliklərə imza atacaq ki, bu da müttəfiqlərin birliyinin göstəricisi olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar