SON XƏBƏRLƏR

25 illik ənənəyə rəğmən bu il Rəfsəncani “QÜDS GÜNÜ” namazına rəhbərlik etməkdən kənarlaşdırıldı

2021.10.20, 07:36
25 illik ənənəyə rəğmən bu il Rəfsəncani “QÜDS GÜNÜ” namazına rəhbərlik etməkdən kənarlaşdırıldı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran İslam Respublikasının qurucusu Xomeyninin təşəbbüsüylə 25 ildir ki, Fələstinin İsrail tərəfindən işğalını qınamaq üçün keçrilən “Qüds günü” adı altında növbəti kütləvi aksiya sabah Tehranda olacaq. 25 il ərzində ənənəvi olaraq Rəməzan ayının son cüməsinə dəsadüf edən ‘Qüds günü” namazı, İranın keçmiş prezidenti, hazırda Sistemin Məsləhətini Müəyyənləşdirən Quruma və Üləmalar Məclisinə rəhbərlik edən Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani tərəfindən rəhbərlik edilib. Ancaq bu il vəziyət belə deyil. son prezident seçkilərində islahatçı namizədlərə açıq dəstək verən Rəfsəncani məhz bu günkü qılınacaq namazın rəhbərliyindən uzaqlaşdırılıb. Bu haqda rəsmi olaraq dövlət televiziyası xütbəni mühafizəkar Əhməd Xatəminin oxuyacağı barədə məlumat verib. Bundan əvvəl hər il “Qüds günü” namazına rəhbərlik etmiş H.Rəfsəncani iki gün əvvəl bəyanat yayaraq vətəndaşları sentyabrın 18-də keçiriləcək “Qüds günü” yürüşünə və həmin gün qılınacaq cümə namazına qatılmağa çağırmışdı. Mahmud Əhmədinejatın saxta yolla seçildiyini elan edən, onun qələbəsini tanımayan islahatçı namizədlər - Mir Hüseyn Musəvi və Mehdi Kərrubi də bu aksiyaya qatılacaqlarını açıqlayıblar. İslahatçılara yaxın internet saytları bu aksiyalarda hökumət əleyhinə şüarların səsləndirilməsi ilə bağlı çağırışlar ediblər. Dövlət televiziyası hazırkı prezident Mahmud Əhmədinejatın da Tehrandakı aksiyaya qatılacağını və çıxış edəcəyini xəbər verib. Bu da aksiyada qarışıqlıq yaranma ehtimalını artırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar