SON XƏBƏRLƏR

İran iqtisadiyyatı çökür

2021.10.20, 07:36
İran iqtisadiyyatı çökür

Gunaz.tv
Bu ölkə 2008-ci ildə neftdən 82 milyard, 2009-cu ildə isə 32 milyard dollar qazanıb 12 iyun prezident seçkilərindən sonra baş verənlər hakimiyyətdəkilərin pay bölgüsü uğrunda mübarizəsiydi İyunun 12-də keçirilən prezident seçkisindən sonra İranda başlayan qarşıdurmaların kökündə hər hansı demokratikləşmə, rejimin mahiyyətinin dəyişməsi durmadığı haqqında dəfələrlə yazmışıq. Ali dini rəhbər Seyid Əli Xamneyi, ona qarşı yarıaçıq mübarizə aparan Xübreqan Məclisinin sədri, keçmiş prezident Haşimi Rəfsəncani, vətəəndaşlarının qanını tökməklə prezident seçilən Mahmud Əhmədinejad, onun rəqibləri- "yaşıl inqilab" etmək istəyən Mirhüseyn Musəvi və Mehdi Kərrubi və başqa iddialılar hamısı bir bezin qırağıdır. Milliyyətindən asılı olmayaraq onların hamısı İran vətəndaşlarının, xüsusilə Azərbaycan türklərinin qanının tökülməsində zaman-zaman xüsusi canfəşanlıq göstəriblər. Hakimiyyət ehtirası bu şəxslər üçün hər hansı insan hüquqlarından, milli hüquqlardan, Qurani-Kərimdən, insaniyyətdən üstün olub. Saqqal qoyub, əmmamə geyib, guya dindar olduqlarını göstərməyə çalışsalar da ayətullahların, mollaların əksəriyyəti ən böyük kapitalistlər, ən böyük sərmayəçilərdir. SSRİ dağılandan sonra Kommunist partiyası rəhbərlərinin özlərinin, övladlarının nə qədər var- dövlətə sahib olması üzə çıxdı. İrandakı quruluşun ən mühüm mənfi cəhəti dlə odur ki, mətbuat azadlığı olmadığından əksəriyyət Xamneyinin, Rəfsəncaninin, Mirhüseyn Musəvinin, Əhmədinejadın, Kərrubinin nə qədər pulu olduğunu bilmir. Əslində bütün müsəlman ölkələrindəə olduğu kimi vəətəəndaşlar hakimiyyətdəkilərin həddən artıq varlı, pullu olduğundan xəbərdardır, amma bu haqda geniş danışmaq olmur. Digər bir tərəfdən də, SSRİ-də olduğu kimi İranda da hakimiyyətdəkilər bir-birinin və özlərinin yaratdıqlarını quruluşun qorxusundan pullarını üzə çıxara bilmirlər. Amma pul, var-dövlət üstündə bir-birinə qarşı hər cür sərt şəkildə mübarizə aparırlar. Məncə, 12 sentyabrdan sonra baş verənlərin əən böyük səbəbi İran rəhbərliyindəkilərin siyasi ambisiyalarıyla yanaşı, iqtisadi maraqlarının toqquşmasıydı. Aşağıdakı məlumatdan da görəcəksiniz ki, demək olar ki, yalnız neftdən qazanan və gəlirləri az qala yarıbayarı azalan bir ölkədə siyasi ziddiyyətlərin, daha doğrusu, pay bölgüsü üstündə mübarizənin şiddətlənməsi qaçılmazdır. Elə Xamneyinin Haşimi Rəfsəncanini müəyyən qədər yumşaltması da göstərir ki, nəhəng oliqarx olan ali dini rəhbər öz payından keçmiş prezidentin ağzına da nəsə atıb. Amma görünən odur ki, Rəfsəncaninin payı az olub, Musəvi və Kərrubiyə isə ümumiyyətlə, çox az pay düşüb. Gəlirləri xeyli azalan ölkədə belə narazıların olması isə qaçılmazdır. Dünən yayılan məlumata görə, İranın neft gəlirlərində ciddi geriləmə qeydə alınıb. İran mətbuatındakı xəbərlərə görə, neft qiyməti və istehsaldakı azalma ilə yanaşı, ölkənin gəlirlərində də önəmli ölçüdə enmə baş verib. Bu ilin səkkiz ayında neftin bir barelinin orta qiyməti 55 dollardan götürülərək aparılan hesablamaya görə, İran neft ixracatından cəmi 32 milyard dollar gəlir əldə edib. Amma 2008-cı ildə bu ölkə neftin qiymətlərindəki artımdan faydalanaraq 82 milyard dollar gəlir əldə etmişdi. Dünyanın dördüncü və OPEC-in ikinci böyük neft istehsalçısı olan İranın 150 milyard barellik neft ehtiyatı olduğu təxmin edilir. Dünya neft ehtiyatlarının 10 faizinə sahib olan İranın mövcud neft ehtiyatının cəmi 70 ilə çatacağı nəzərdə tutulur. Hasil olunan neftin xeyli hissəsi daxili ehtiyacların ödənilməsinə yönəldilir. Hələ şah dövründən neft gəlirləriylə dolanan, neft gəlirlərinə söykənən iqtisadiyyata malik ölkədə neftdən kənar məhsulların ixracatı ilk dəfə 2008-ci ildə 20 milyard dolları keçib. Son illərdə BMT Təhlükəsizlik Şurasının sərt sanksiyalarından əlavə olaraq, ABŞ və Avropa ölkələrinin əlavə embarqo tətbiq etdiyi İran dünya bazarına məhsul ixrac etməkdə problemlərlə üzləşir. İranın ixracatının böyük bir bölümünü isə neft və neft məhsulları təşkil edir. BMT TŞ-nin sanksiyalarına görə, Tehran neftinin xeyli hissəsini ucuz qiymətə satmağa məcbur olur. Amma hökumət yeni Sosio-İqtisadi İnkişaf Planıyla iqtisadiyyatın neftdən asılılığını azaldıb, qeyri-neft gəlirləri artırmağı planlaşdırır. Rəsmi Tehranın "altılığın" görüşü ərəfəsində MAQATE-nin tələblərini nəzərə alması, "Nabucco" layihəsinə qoşulmaq niyyətini açıq şəkildə ortaya qoyması göstərir ki, İran hakimiyyəti təhlükəli iqtisadi perspektivdən təlaşlanmağa başlayıb. Təbriz Quzeyli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar