SON XƏBƏRLƏR

TBB partiyasından Dağlıq Qarabağa bir mənalı dəstək

2021.10.20, 07:36
TBB partiyasından Dağlıq Qarabağa bir mənalı dəstək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanla sərhədlərin açılması ilə bağlı müxalifətlə məsləhətləşmələri davam etdirir. Bu dəfə də siyasi partiyaların əsas tələbi Dağlıq Qarabağın işğalına son qoymaqdır. Müxalifətlə danışıqlar prosesi çərçivəsində xarici işlər naziri Əhməd Davudoğlu Böyük Birlik Partiysının sədri Yalçın Topçuyla görüşüb. 1 saat davam edən danışıqlarda sözügedən partiya rəhbəri Ermənstanla sərhədləri açmaq məsələsinə müəyyən şərtlərlə razılaşa biləcəyini deyib. Yalçın Topçu əsas şərt kimi Dağlıq Qarabağın işğaldan azad olunmasını irəli sürüb. O, Ermənistanla sərhədlərin bu tələbin yerinə yetirilməsi təqdirdə açılmasını istədiyini deyib. Ermənistnla imzalanacaq protokola gəlincə partiya sədri bildirib ki, İrəvanla imzalanacaq istənilən sənəd Azərbaycanla razılaşdırılmalıdır. Daha sonra Davudoğlu Demokrat Partiysının rəhbəri Hüsaməddin Cindorukla görüşüb. Bu partiyanın başçısı Ermənstanla sərhədlərin açılması məsələsini müsbət qarşıladığını amma müəyyən məqamlarla razı qalmadığını bildirib. İki gün davam edən müzakirələri səmərəli adlandıran Əhməd Davudoğlu digər görüşlərini Ramazan bayramından sonra keçirəcək. Onun növbəti dəfə kürdlərin Demokratik Toplum Partiyası ilə danışıqlar aparacağı nəzərdə tutulub. Türkiyənin əsas müxalifət partiyalarından olan Milliyyətçi Hərəkat Partiyası Ermənstanla münasibətlərin normallaşması məsələsini hökumətlə müzakirə etməkdən imtina edib. Bu partiya məsələnin yalnız parlamentdə müzakirə oluna biləcəyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar