SON XƏBƏRLƏR

Farsların Azərbaycandakı gizli biznesi -2

2021.10.20, 07:36
 Farsların Azərbaycandakı gizli biznesi -2

Gunaz.tv
İranın Azərbaycana qarşı ideoloji təxribatına dəstək verməkdə ittiham olunan biznesmen Tofiq İsayev qorxuya düşüb “Titanik” ləqəbli iş adamı, qardaşı Qasım vasitəsi ilə iranlılarla gizli iş birliyini öyrəndiyi üçünmü mətbuat katibi öldürülməsinə razılıq verib? “Yeni Çağ” AİA bir müddət öncə farsların Azərbaycandakı biznesində mühüm adamlardan sayılan Tofiq İsayev haqqında məlumat vermişdi. Qeyd etmişdik ki, İranın xüsusi xidmət orqanları ilə əlaqəli olduğu söylənilən Tofiq İsayev iranlı diplomat Faradoun Kuseqdı Heydaralı ilə birlikdə tikinti və restoran biznesinə girişib. “Titanik” Tofiq deyə, çağrılan T.İsayevin Dərnəgüldəki restoranı çoxları üçün əyləncə yeri sayılsa da, bəzi mənbələr bunun əsl həqiqəti gizlətmək üçün pərdə rolunu oynadığını söyləyirlər. Həmin şəxslərin iddiasına görə, “Titanik” əslində fars agentlərinin Azərbaycandakı adamları ilə əsas görüş yeridir. O da qeyd olunur ki, Tofiq İsayev işlərini ən yaxın qohumları vasitəsi ilə həyata keçirdiyindən, bu günə qədər özünü ifşa edilməkdən qoruyub. Ancaq mətbuat katibinin bir çox sirrlərə vaqif olmasından dolayı və ya başqa səbəbdən öldürülməsi (hər halda kiçik minik maşınından özünü asan ilk dəfə görünüb-red.) onun açığa çıxmasına səbəb olub. Məlumatlı mənbə söyləyir ki, hüquq-mühafizə orqanlarını razı salmaq üçün xeyli “tərləyən” İsayev mətbuat katibinin qanının batırılması üçün qardaşı Qasımı Malik müəllimin ailəsinə minnətçi göndərib. “Yeni Çağ” AİA-nın məlumatına görə, fars agentlərinin İmişli və Beyləqanda at oynatması üçün şəraiti də T.İsayev yaradır. Ancaq qardaşı Qasımın vasitəsi ilə. Qasım İsayevin əli ilə regiona zərərli dini ədəbiyyatlar daşıyan fars şovinistləri həmin bölgə əhalisi arasında sünni-şiə qarşıdurması yaradırlar. Tofiq İsayev isə arxada qalaraq, farslarla biznes əlaqələrini genişləndirir. Yəni, təxribat İmişlidə Qasım İsayev tərəfindən görülür, pullar isə Bakıda Tofiq İsayevin cibinə daxil olur. Mətbuat katibi və T.İsayevin “qara qutusu” olan Malik Rəfiyevin də məhz bunları bildiyi üçün arada götürülmə ehtimalı böyükdür. Tofiq İsayevin “Bank Melli İran” və İran Mədəniyyət Mərkəzi ilə əlaqələrinə isə gələcək yazılarımızda toxunacağıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar