SON XƏBƏRLƏR

Nikola Sarkozi: İran hərbi nüvə proqramı üzərində işləyir

2021.10.20, 07:36
Nikola Sarkozi: İran hərbi nüvə proqramı üzərində işləyir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, dünən Fransa prezidenti Nikola Sarkozi qeyd edib ki Fransa kəşfiyatının məlumatına əsasən İran hərbi nüvə proqramları üzərində işləyir. Fransa prezidenti ölkə parlamentində öz partiyasının nümayəndələri ilə görüş zamanı bildirib ki: “biz icazə verə bilmərik İran nüvə silahına əl tapsın”. Fransa xəbər agentliyindən aldığımız məlumata görə, cənab Sarkozi bəyan edib ki bizim bütün xəfiyə servislərimizin məlumatına əsasən İran nüvə fəaliyətlərində olan hərbi hədəflərini gizləyir. Xatırladaq ki Fransa “ABŞ, Britanya, Çin, Rusiya və Almaniya”-ilə birlikdə 5+1 qrupunda İranın nüvə proqramını izləyir. Fransa Nikola Sarkozinin dönəminin başlandığından sonra bu məsələdə İrana qarşı daha sərt mövqe sərgiləyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar