SON XƏBƏRLƏR

Haşimi Rəfsəncaniyə, “Qüds” günü namazı rəhbərlik etməsin deyə təzyiqlər var

2021.10.20, 07:36
 Haşimi Rəfsəncaniyə, “Qüds” günü namazı rəhbərlik etməsin deyə təzyiqlər var

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə. Son 25 ildə, hər il Qüds günü Ayətullah Haşimi Rəfsəncaninin rəhbərliyi ilə Tehranda namaz qılınır. Ancaq dünən “irna” və “fars” xəbər agentliklərinin yaydığı məlumata görə, Qüds günü Tehanda Ayətullah seyid Əhməd Xatəminin rəhbərliyi altında namaz qılınacaq. Həmçnin adını çəkdiyimiz hər iki xəbər agentliyi Tehran cümə namazı qərargahının məsulu Məsud Muradiyə istinadən bildiriblər ki namaz xütbələrindən öncə Mahmud Əhmədinəjad çıxış edəcək. Ancaq bu xəbər bir neçə saat sonra Məsud Muradi tərəfindən təkzib olunub. o qeyd edib ki bir neçə saat içində kimin Qüds günü namaza rəhbərlik edəcəyi açıqlanacaq. Ancaq hələ ki açıqlanmayıb. Bu vəziyəti nəzərə alan şərhçilər hesab edirlər ki pərdə arxasında Qüds günü qılınacaq namaza “kim rəhbərlik etsin” deyə çəkişmə gedir. Bu zəmində qeyd etmək lazımdır ki Haşimi Rəfsəncaninin qərargah məsulu Mohsen Haşəmi bildirib ki hələki Ayətullah Haşiminin Qüds günü cümə namazını rehbərlik etməsi ilə bağlı heç bir məlumat, Haşiminin Qərargahına daxil olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar