SON XƏBƏRLƏR

İranın Nüvə məsələləri Türkiyədə müzakirə olunacaq

2021.10.20, 07:36
İranın Nüvə məsələləri Türkiyədə müzakirə olunacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Avropa İttifaqının xarici əlaqələr şöbəsinin rəhbəri Havyer Solana gələn ay İran və dünyanın 6 qüdrətli dövləti ilə danışıqların Türkiyədə keçiriləcəyi və müzakirlər mövzusunun qlobal təhlükəsizlik və iqtisadi məsələlər olacağını bəyan edib. Altılığın müzakirə heyətin rəhbərlik edən Havyer Solana deyib ki, müəyyən təkliflər müqabilində İrana nüvə proqramından vaz keçməsini tövsiyə edir, əks təqdirdə Tehrana qarşı yeni sanksiyalar tətbiq olunacaq. Türkiyə danışıqlarında Vaşinqtonu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyams Börns təmsil edəcək. Belə ki, oktyabrın 1-də təşkil ediləcək görüşdə ABŞ ilk dəfə rəsmən iştirak edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar