SON XƏBƏRLƏR

ekspertlərin təhlilinə görə İsrail İrana hava zərbəsi endirə bilər

2021.10.20, 07:36
ekspertlərin təhlilinə görə İsrail İrana hava zərbəsi endirə bilər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ-ın İslam Respublikasına verdiyi vaxt bitir. artıq demək olar ki İranla nüvə məsələsinin sülh yolu ilə həlli mümkünsüz görünür. ABŞ-ın Tehrana verdiyi müddət sona yetir. Fevralda MAQATE məlumat vermişdi ki, İranın nüvə silahı hazırlamaq üçün kifayət qədər xammalı var. Sentyabrın 7-də MAQATE-nin baş direktoru Məhəmməd əl-Baradeyi bildirmişdi ki, onun agentliyi ilə İranın münasibətləri son nöqtəyə çatıb. Ertəsi gün keçirdiyi mətbuat konfransında İran prezidenti Mahmud Əhmədinejad bəyan etdi ki, İranın nüvə məsələsi bağlanıb və ölkə bu məsələ ilə bağlı danışıqlara getməyəcək. Ehtimallara görə, diplomatik səylərin nəticə verməyəcəyi təqdirdə İsrail hökuməti İrana hava zərbələri endirməyi düşünür. İsrailin baş naziri Benyamin Netanyaxu sentyabrın 14-də Moskvaya gizli səfər edib. Guman edilir ki, səfərin məqsədi PVO sistemlərinin İran və Suriyaya ötürülməsi ilə bağlı olub. İsrailin İrana hava hücumu etmək istəyi fonunda bu səfərin məqsədi aydınlaşır. İndi ekspertlər ABŞ-ın yalnız bir yolunun qaldığını bildirirlər, Prussiya kralı Fridrixin sözlərini yada salaraq: "Silahsız diplomatiya, alətsiz musiqi kimidir".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar