SON XƏBƏRLƏR

Dmitri Medvedev, İranın boş xəyallarını sökdü

2021.10.20, 07:36
Dmitri Medvedev, İranın boş xəyallarını sökdü

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın nüvə proqramı ilə bağlı müzakirələr nəticə verməsə yeni sanksiyaları istisna etmək olmaz. Bu sözləri Rusiya prezidenti Dmitri Medvedev deyib. Təhlilçilər Rusiya prezidenti ilə baş nazirin İrana dair bəyanatları arasında ziddiyyətə diqqət yetirirlər. Ötən həftə Rusiya hökumətinin başçısı Tehrana qarşı yalnız diplomatik vasitələrdən istifadə etməyə çağırıb. Vladimir Putin deyib ki, digər vasitələr qeyri-səmərəli olduğunu təsdiqləyib. Hər iki bəyanat diplomatik korpusun nümayəndələri qarşısında edilib. BBC müxbirinin məlumatında deyilir ki, bu bir neçə nadir bəyanatlardandır ki, ölkə prezidenti ilə baş nazir arasında bəzi məsələlərə dair fikir ayrılığının olduğunu nümayiş etdirir. Bundan əvvəl Dmitri Medvedev deyib ki, Dünya Ticarət Təşkilatına Rusiyanın üzvlüyü ilə bağlı cənab Putinlə fikirləri üst-üstə düşmür. Lakin Dmitri Medvedev bu kimi fikir ayrılğının əhəmiyətini azaldaraq onları işçi məqamlarla əlaqələndirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar