SON XƏBƏRLƏR

Məktəbləri açılış günü ərəfəsində 3 milli-mədəni fəal həbs olundu

2021.10.20, 07:36
 Məktəbləri açılış günü ərəfəsində 3 milli-mədəni fəal həbs olundu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycan Ərdəbil Şəhərinin 3 Milli fəalı İran keşikçilər korpusunun (sepah) keşfiyat məmurları tərəfindən tutualandıqları bildirilir. Tutuqlananların kimliyi “Hüseyn(Arif) Lesani, Möhsün Rəfi və Hamid Heydəri”-dən ibarətdir. Tutuqlanan milli fəalların yaxınlarının verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri məhkəmə tərəfindən hökmləri olmayan halda Möhsün Rəfinin mağazasına müraciət edərək adını çəkdiyimiz üç milli-mədəni fəalı özləri ilə naməlum istiqamətə aparıblar. Eyn halda mağazanı yoxlayıb və özləri ilə kampüter və bir neçə xüsusi əşyanı götürüblər. aldığımız məlumata görə, məmurlardan məhkəmənin hökmü tələb olunduqda, onlar belə cavab veriblər: “biz özümüz elə məhkəmə hökmüyük”. Qeyd edək ki Hüseyn Lesani və Möhsün Rəfi Güney Azərbaycanın müəyyən bir keçmişi olan milli-mədəni fəallarından sayılırlar. Eyn halda birisi tanınmış milli fəal sayın Abbas bəy Lesaninin qardaşıdır o biri isə bacısı oğludur. Diqqət çəkən məqam ondan ibarətdir ki bu tutuqlamalar İranda və Güney Azərbaycanda məktəbləri açılışı günü ərəfəsində baş verir. O halda ki Ərdəbil şəhərində ANA DİLİ hüququ ilə bağlı bir çox bildiriş və CD-lər yayılıb.savalansesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar