SON XƏBƏRLƏR

İranın rəsmi TV-si "Yaşasın Azərbaycan" səsini efirdən kesdi

2021.10.20, 07:36
İranın rəsmi TV-si "Yaşasın Azərbaycan" səsini efirdən kesdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin “xalq cebhesi”-nə istinadən yaydığı məlumata görə, Sentyabrın 13-də Güney Azərbaycanın başkəndi Təbriz şəhərini İranın futbol üzrə yüksək divizionunda təmsil edən "Traktor" ("Traktorsazi") öz meydanında Tehranın "İstiqlal" klubuyla qarşılaşıb. fars şovinist rejimi milli düşüncəli soydaşlarımızın şəhərin mərkəzində birləşməsindən bərk qorxduğundan qarşılaşmanı "Bağşümal"a deyil, şəhərdən uzaqda yerləşən, yolları bərbad vəziyyətdə olan və hələ tam hazır olmayan "Yadigare İmam" adlı stadiona salıb. Ancaq bütün bunlara baxmayaraq, azərbaycanlı azarkeşlər yenə də komandalarını yalnız buraxmayıblar. Onlar 90 min nəfərlik azarkeş tutumu olan stadionda 90 dəqiqə ərzində "Yaşasın Azərbaycan" şüarını səsləndirərək, öz doğma komandalarına böyük dəstək veriblər. Bununla da soydaşlarımız İran adlanan ölkənin tarixində yeni bir rekorda imza atıblar. Çünki fars şovinistlərinin ən tanınmış komandasının oyununu izləməyə heç vaxt bu qədər azarkeş gəlməyib. Hətta matça baxmağa Güney Azərbaycanın başqa şəhərlərindən də soydaşlarımız gəlib. Belə ki, Urmiya şəhərindən təxminən 4 avtobus azarkeş və çoxlu sayda adam öz şəxsi avtomobili ilə Təbrizə təşrif buyurub. Matç əsnasında azrkeşlər "Azərbaycan!", "Traktor!" və "Burası Təbriz!", eyni zamanda "Türk dilində mədrəsə!", "Mənim dilim ölən deyil!" şüarlarını səsləndiriblər. Stadionun bir hissəsində azarkeşlərin "Yaşasın" ifadəsinə, digər hissəsində "Azərbaycan"la cavab verilib. Bu səbəbdən qarşılaşmanı canlı yayımlayan İran adlanan ölkənin rəsmi telekanalı azarkeşlərin səsini efirə verməyib. Bundan əlavə, azarkeşlər hər yeri qızıl rəngli bayraqlarla bəzəyiblər. Qarşılaşmada 0:1 hesabıyla geridə olmasına baxmayaraq, komandamız bir qol vurmağa özündə güc tapıb və oyun heç-heçə başa çatıb - 1:1.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar