SON XƏBƏRLƏR

Əhmədinəjadın seçimi Yenədə problem yaratdı

2021.10.20, 07:36
Əhmədinəjadın seçimi Yenədə problem yaratdı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran prezidenti Mahmud Əhmədinəjadın 1-ci vitse-prezident məsələsində işləri düz gətirmir. Xatırladaq ki, Əhmədinejadın yayda qudası İsfəndiyar Rəhim Məşayini 1-ci vitse-prezident təyin etməsi mühafizəkar məsləkdaşlarının xoşuna getməmiş, dini lider Xamneyi qudanı postundan kənarlaşdırmışdı. Srağagün Əhmədinəjad Məhəmmədrza Rəhimini birinci vitse-prezident təyin edib. Rəhimini də bəzi mühafizəkarlar bəyənmirlər. hətta İran parlamentinin keçmiş deputatı Əli Mütəhhəri jurnalistlərə açıqlamasında Əhmədinəjadı zövqsüzlükdə günahlandırıb: "Təəssüflər olsun ki, Əhmədinəjadda bir növ inadkarlıq və tərslik var. Ona deyəndə filankəsi filan vəzifəyə qoyma, sabahısı gün tam tərsinə rəftar edir. Bilir ki, bu şəxs (Məhəmmədrza Rəhimi) problemli adamdır, ali təhsil diplomu da yalançı doktorluq dərəcəsindən istifadə etdiyi üçün ötən ilin noyabrında vəzifədən çıxarılmış daxili işlər naziri Əli Kürdanın sənədi kimi saxtadır. Yaxşı olardı ki, prezident bu şəxsi belə bir vəzifəyə təyin etməyəydi" Bu arada xatırladaq ki İRNA-nın xəbərinə görə, ötən həftə cümə namazı zamanı nüfuzlu din xadimi Senenc Borhan Əli Ruhani evinin yanında qətlə yetirilib. Ruhani prezident seçkiləri zamanı Mahmud Əhmədinəjadın xalq dəstəyi qərargahının üzvü olub. Polisin məlumatına görə, din xadimi cümə namazından sonra qardaşı oğlu ilə bir yerdə evə qayıdırmış. Evinin yanına çatanda, üç naməlum şəxs ona atəş açıb. Ruhani aldığı yaralardan yerindəcə keçinib. Hələlik heç bir qruplaşma cinayətin məsuliyyətini öz üzərinə götürməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar