SON XƏBƏRLƏR

Culfada divarlarda şüarlar: "Türk dilində mədrəsə, olmalıdır hər kəsə!", "Yaşasın Azərbaycan"

2021.10.20, 07:36
Culfada divarlarda şüarlar: "Türk dilində mədrəsə, olmalıdır hər kəsə!", "Yaşasın Azərbaycan"

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, elm ocaqlarının açılış günü ilə bağlı Güney Azərbaycanda ANA DİLİ istəyi yenədə keçmiş illər kimi gündəmə gəlib. Bir neçə həftədir ki Güney Azərbaycanın müxtəlif şəhərlərində bir çox divarlar üzərində şüarlar görünür. Ümumiyətlə məktəblərin açılışı günü münasibəti ilə Milli Hərəkat hazırlığa başlayıb. Olaylar güney mənbələrinə istinadən dərc edib ki Culfa şəhərində divarlara ana dilində təhsil hüququnu tələb edən şüarlar yazılıb. Bundan başqa Ələmdar, Gərgər və Şocae şəhərlərində də divarlara şüarlar yapışdırılıb. Culfada divarlara yazılmış şüarlar arasında "Türk dilində mədrəsə, olmalıdır hər kəsə!", "Yaşasın Azərbaycan" şüarlarına daha çox rast gəlinir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar