SON XƏBƏRLƏR

İranın nüvə proqramı müzakirə edilir

2021.10.20, 07:36
İranın nüvə proqramı müzakirə edilir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Atom enerjisi üzrə beynəlxalq agentlik İranın nüvə fəlaliyyəti istiqamətində hələ bir sıra maneələrin olduğunu bəyan edib. Agentliyin baş katibi Məhəmməd Əl Baradeyi Tehranın nüvə məsələsində bəzi istiqamətləri aydınlaşdırmağa icazə vermədiyini bildirib. Baradeyini bu vəzifədə dekabrın birində etibarən əvəzləyəcək yaponiyalı Yukiya Amano da İranın nüvə fəaliyyətinin hələlik dinc məqsədli olmasının tam şəkildə təsdiqlənmədiyini söyləyib. O, vəzifəsi dövründə dünyada nüvə silahlarının yayılmamasına qarşı çalışacağını bildirib. Agentliyin icalasında çıxış edən İranı nüvə enerji idarəsi rəhbəri Əli Salehi yeni sanksiyanın İranın suverənliyinə təsir etməyəcəyini bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar