SON XƏBƏRLƏR

Bu qələbənin idman tarixində böyük yeri var

2021.10.20, 07:36
Bu qələbənin idman tarixində böyük yeri var

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Sentyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Yerevanda keçirilən cüdo üzrə Avropa çempionatından qayıtmış idmançılarını qəbul edib. İdmançılarımızı uğurlu çıxış münasibətilə təbrik edən dövlət başçısı Ermənistanda qazanılan bu qələbəni tarixi hadisə adlandırıb. Prezident qeyd edib ki, 5 dəfə Azərbaycan bayrağının qaldırılması və 1 dəfə dövlət himninin səsləndirilməsi bütün Azərbaycan xalqını sevindirib: “İndi Azərbaycanda çox güclü nəsil yetişir. İdmançılarımızın bu yarışda göstərdikləri nəticə böyük uğurdur. Bu qələbənin idman tarixində böyük yeri var. Çünki yarış Yerevanda keçirilirdi”. Milli komandanın üzvləri və məşqçisi Azərbaycanda idmana göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq bildiriblər. Sonda idmançılarımız Prezident İlham Əliyevlə xatirə şəkli çəkdiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar