SON XƏBƏRLƏR

Dah iki islahatçı (İbrahim Əmini və Şəmsəddin İsayi) həbs edilib

2021.10.20, 07:36
Dah iki islahatçı (İbrahim Əmini və Şəmsəddin İsayi) həbs edilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, “milli etimad partiyas”-nın mərkəzi şurasının üzvü və ”məhbusların işləri üzrə araşdırma aparan komitə”-nin üzvü İbrahim Əmini sentyabr ayının 12-də həbs olunub. Cənab Əmini, keçmiş prezident seçkilərinə namzəd olmuş Mehdi Kərrubinin, “məhbusların işləri üzrə araşdırma aparan komitə”-də iki nümayəndəsindən birisidir. İbrahim Əmininin tutuqlanması ilə yanaşı, Şəmsəddin İsayidə həbs olunub. Şəmsəddin İsayi, Mir Hüseyn Musəvinin qərargahının aktiv üzvlərindəndir. O ikinci dəfə olaraq tutuqlanır və həbs olunur. Şəmsəddin İsayi 12 iyun prezident seçkilərindən sonrakı hadisələrlə bağlı birinci dəfə tutularkən, 10 gün müddətinə azadlıqdan məhrum edilmişdi. Həmçnin qeyd edək ki İsayi, Məhəmməd Xatəminin prezidentlik dönəmində daxili işlər nazirliyində xidmət edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar