SON XƏBƏRLƏR

Mahmud Əhmədinəjad: nüvə proqramından başqa bütün mövzularda danışıqlar aparmağa hazırıq

2021.10.20, 07:36
Mahmud Əhmədinəjad: nüvə proqramından başqa bütün mövzularda danışıqlar aparmağa hazırıq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Rəsmi Tehran beynəlxalq ictimaiyyətlə İranın nüvə enerjisi sektorunun yaradılması haqda deyil yalnız ictimai məsələləri müzakirə etməyə hazırdır. Belə bəyanatla İran prezidenti Mahmud Əhmədinejad çıxış edib. Jurnalistlərə müsahibə verən İran dövlətinin başçısı nüvə enerjisinin yalnız sülh xarakteri daşıdığını və üçüncü ölkəyə qarşı yönəlmədiyini bir daha xatırladıb. Onun sözlərinə görə, İran beynəlxalq ictimaiyyətlə enerji sahəsindəki əməkdaşlıq təhlükəsizlik və digər məsələləri müzakirə etməyə hazırdır. Obama administrasiyası bildirib ki, Tehranın rədd etməsinə baxmayaraq, onlar İranla qarşıdakı danışıqlarda nüvə proqramı məsələsini gündəmə gətirəcəklər. Qərb dövlətləri İranıın iddiasına rəğmən onu nüvə silahı əldə etmək üçün uranı zənginləşdirməkdə günahlandırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar