SON XƏBƏRLƏR

Əhmədinəjadın yaxın tərəfdarı qətlə yetirilib

2021.10.20, 07:36
Əhmədinəjadın yaxın tərəfdarı qətlə yetirilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, prezident Mahmud Əhmədinejadın tərəfdarı tanınmış sünni dini xadim, Borhan Əli Sənəndəc Şəhərində qətlə yetirilib. İranın “Fars” agentliyinin verilən xəbərə görə, imam evinin qarşısında açılan bir neçə atəş nəticəsində öldürülüb. Qeyd edək ki, Borhan Əli iyunda keçirilən prezident seçkisində Mahmud Əhmədinejadı dəstəkləyənlərdən biri olub. Hadisə ilə bağlı məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib. Əyalətin qubernatoru Məhəmməd Tağı Heydəri hesab edir ki, qətlin arxasında sünni qruplar durur. Borhan Əlinin əyalətdə böyük hörməti varmış.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar