SON XƏBƏRLƏR

Yerevanda Bayrağımız dalğalandı və himnimiz səsləndi

2021.10.20, 07:36
Yerevanda Bayrağımız dalğalandı və himnimiz səsləndi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Yerevanda sentyabrın 11-də başlamış gənclər arası, cüdo üzrə Avropa Çempionatında Azərbaycanın himni səslənib və Bayrağı dalğalanıb. Çempionatda Azərbaycanlı cüdoçu Elmar Qasımov cəmi bir neçə saniyəyə rəqibinin üzərində təmiz qələbə çalaraq qızıl medala sahib olub. O, çexiyalı Lukaş Krpaleki məğlub edib. Beləliklə, Yerevana gedən 5 azərbaycalı cüdoçu elə 5 medalla vətənə dönür. Onlardan biri qızıl, biri gümüş əyarlıdır. Digərləri isə bürünc medallardır. Daha öncə İlqar Muşkiyev gümüş, Fəqan Eminoğlu, Ramin Qurbanov və Rasim Əsədullayev isə bürünc medala layiq görülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar