SON XƏBƏRLƏR

Beynəlxalq Əf Təşkilatı: İranda işgəncə və təcavüz qurbanlarını yeni təhlükələr gözləyir

2021.10.20, 07:36
Beynəlxalq Əf Təşkilatı: İranda işgəncə və təcavüz qurbanlarını yeni təhlükələr gözləyir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Beynəlxaq Əf Təşkilatı, İranda işgəncə və təcavüz qurbanlarını yeni təhlükə gözlədiyindən nigaranlığını bildirib. Beynəlxalq Əf Təşkilatı, insan haqlarını müdafiə edən qurumlara bir bəyanatla müraciət edib. Bəyanatda İranda təcavüz və işgəncələrə məruz qalanları, yeni təhlükə gözləyir deyə uyarıb. Beynəlxaq Əf Təşkilatının Baş Katibi Ayrin Xan, İranın Ali Dini Rəhbərindən tələb edib ki işgəncə və təcavüz qurbanlarının təhlükəsizliyi təmin olunsun və onlara qarşı zorakılıqda əli olan şəxslər qanun qarşısında cavab versinlər. Xan Xanım deyib belə görünür ki İran rəsmiləri işgəncə və təcavüz məsələsində bu cinayəti törədənlərin yerinə, bu cinayətin üstünü açanları təqib edir. Bu təqiblər həmdə məhkəmənin qərarı ilə baş verir. Ona görədə Benəlxalq Əf Təşkilatı nigarandır o insanlar ki işgəncələrə və təcavüzlərə məruz qaldıqlarını etiraf etməyə hazırdırlar, onlar dövlət tərəfindən təqib altına alınsınlar. Adını çəkdiyimiz təşkilat işgəncə və təcavüz qurbanlarının təhlükəsizliyi haqqında İranın Ali Dini Rəhbərindən təzminat tələb etməsi ilə yanaşı eyn halda tələb edib ki beynəlxalq işgəncə və qanunsuz edamlar uzmanlarından, İrana gəlmək üçün dəvət olunsun.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar