SON XƏBƏRLƏR

İran xəzəryanı ölkələrə rəsmən etiraz etdi

2021.10.20, 07:36
İran xəzəryanı ölkələrə rəsmən etiraz etdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran MDB üzvü olan Xəzəryanı ölkələrin Aktauda keçirilən toplantısına rəsmi etiraz bildirib. “Anadolu” agentliyinin yaydığı məlumata görə, İranın xarici işlər naziri Manuçöhr Mottəki Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistanın Tehrandakı səfirlərini nazirliyə çağıraraq, rəsmi etirazını çatdırıb, ölkəsinin iştirakı olmadan Xəzərin hüququ statusunun müzakirə edilməsinin düzgün addım olmadığını bildirib. M.Mottəki Xəzəryanı ölkələrin xarici işlər nazirlərinə göndərdiyi məktubda da Xəzərin statusunun müəyyən olunmasına dair müzakirələrə bütün sahilyanı ölkələrin qatılmasının vacibliyini qeyd edib. İranlı nazir tərəflərdən birinin və ya bir neçəsinin iştirakı olmadan məsələnin həllinin qeyri-mümkünlüyünü vurğulayıb, əksinə, bunun daha ciddi problemlərə səbəb ola biləcəyini söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar