SON XƏBƏRLƏR

Qafqaz gərginləşir. Gürcüstanla Ermənistan müharibə astanasındadır

2021.10.20, 07:36
Qafqaz gərginləşir. Gürcüstanla Ermənistan müharibə astanasındadır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə Gürcüstanla Ermənistan arasında münasibətlər gərginləşir. Yerevanın BMT Baş Assambleyasında «Abxaziya və Cənubi Osetiyanın Sxinvali rayonundan olan qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında» qətnamənin əleyhinə səs verməsi Tbilisidə narazılıqla qarşılanıb. «Cənubi Qafqaz növbəti gərginlik astanasındadır». Belə bəyanatla gürcü ekspertlər çıxış ediblər. Onların fikrincə, son vaxtlar Yerevanla Tbilisi arasında yaranmış sərhəd problemi, ermənilərin «Cavaxetiya» və regional dil iddalarının intensivləşməsi regionda növbəti münaqişənin başlanğıcı ola bilər. Bir neçə gün əvvəl BMT Baş Assambleyasında «Abxaziya və Cənubi Osetiyanın Sxinvali rayonundan olan qaçqınların vəziyyəti haqqında» qətnamənin Ermənistan tərəfindən dəstəklənməməsi münasibətləri daha da soyudub. Gürcüstanın müxalifət liderlərindən biri, münaqişələrin həlli üzrə sabiq dövlət naziri Georgiy Xaindrava hesab edir ki, bu, birbaşa Rusiyanın təsiri ilə atılan addımdır. «Əlbəttə, Ermənistan öz strateji tərəfdaşının mövqeyinə zidd addım atmaz. Ona görə, Yerevanın qətnamənin əleyhinə səs verməsi o qədər də təəccüb doğurmur», - Xaindrava belə deyib. Onun sözlərinə görə, bu qətnamə siyasi yox, hümanitar arqumentləri müəyyənləşdirən bir sənəddir və ədalət prinsiplərini üstün tutan ölkələr bunu dəstəklədi. Görünür, Ermənistan ədalət prinsipləri və hümanitar məsələlərdən daha çox siyasi maraqlar haqda düşünür». Gürcü ekspertlər hesab edir ki, bir neçə gün əvvəl Venesuella prezidenti Uqo Çavesin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması barədə bəyanatı da birbaşa rusiyanın təsirinin nəticəsidir. Vəziyyət belə davam edərsə, yaxın vaxtlarda regionda Cavaxetiyanın timsalında «İkinci Qarabağ» münaqişəsinin yaranacağı istina edilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar