SON XƏBƏRLƏR

İran xəzəryanı ölkələr sammitinə nə üçün çağrılmadı?!

2021.10.20, 07:36
İran xəzəryanı ölkələr sammitinə nə üçün çağrılmadı?!

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Rəsmi Tehran Xəzəryanı dövlət başçılarının Aktauda keçiriləcək qeyri rəsmi görüşünə dəvət olunmamasından narahatdır. «İran Xəzərdəki maraqlarının təhlükə altına düşməsinə imkan verməyəcək. Belə bəyanatla ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi mehdi səfəri çıxış edib. Bildirib ki, Xəzərlə bağlı istənilən razılaşma bütün sahilyanı ölkələrin iştirakı və razılığı ilə olmalıdır. Xəzəryanı ölkə başçılarının qeyri rəsmi görüşünə dair razılaşma avqustda Rusiya prezidenti Dmitri Medvedevlə Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında baş tutan telefon danışığında əldə olunub. Rəsmi Tehran Aktau görüşünü İranın Xəzərin hüquqi statusu ilə bağlı müzakirədən kənar saxlanması kimi qiymətləndirir. İranın xarici işlər naziri Mənuçöhr Mottaki bildirib ki, bu formatda görüşün keçirilməsi ölkəsinin milli maraqlarına ziddir. Ekspertlərə görə, İranın Aktauda keçirilən görüşə dəvət olunmaması Tehranın Xəzərin statusuyla bağlı sərgilədiyi qeyri-konstruktiv mövqe ilə bağlıdır. Status məsələsində Azərbaycan, Türkmənistan, Rusiya və Qazaxıstanın mövqelərində üst-üstə düşən müəyyən məqamlar var. Rusiya Xəzərin dibinin sektora bölünməsinin, dənizin səthininsə bərabər saxlanmasının tərəfdarıdır. Azərbaycan həm səthin, həm də dibin bölünməsini istəyir. Rusiya, Qazaxıstan və Azərbaycan arasında Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı ikitərəfli müqavilələr imzalanıb. İranın Xəzərin statusu ilə bağlı təklifləri isə reallıqdan uzaqdır. Tehran Xəzərin həm dibinin, həm də səthinin sahil xətti nəzərə alınmadan 5 bərabər hissəyə bölünməsini təklif edir. Məhz bu mövqe üzündən Aktaudakı görüşün təşəbbüskarları İranı dəvət etməyiblər. Ekspertlər bu görüşdə Moskvanın Tehranı fakt qarşısında qoyan memorondumun imzalanmasına çalışacağı ehtimalını da mümkün sayırlar. Moskvada isə hesab edirlər ki, bu görüşün qanunsuz və iranın maraqlarına zidd olması ilə bağlı səslənən fikirlər uydurmadır. Çünki, görüşdə Müstəqil Dövlətlər Birliyinə daxil olan Xəzəryanı ölkələrin dövlət başçıları iştirak edir və bu cür görüşlər müxtəlif formatlarda dəfələrlə keçirilib. Üstəlik Aktau görüşündə İranın iştirakı olmadan qəbul ediləcək heç bir sənəd hazırlanmayıb. Rusiya, Azərbaycan, Türkmənistan və Qazaxıstan prezidentlərinini müzakirə aparmaq üçün çox mövzusu var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar