SON XƏBƏRLƏR

Filosof Ağalar Məmmədov: ... onlar qəddarlıqdan və işgəncə verməkdən psixoloji həzz alırlar

2021.10.20, 07:36
Filosof Ağalar Məmmədov: ... onlar qəddarlıqdan və işgəncə verməkdən psixoloji həzz alırlar

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Xəzər Universitetinin fəlsəfə müəllimi, Azərbaycan Milli Elmlər Akademiyasının fəlsəfə üzrə elmi işçisi Ağalar Məmmədov “Amerikanın səsi” radiosuna müsahibəsində qeyd edib ki dini hökümətlərdə işgəncə təbii haldır. O bildirib ki Dini hökumətlərdə işgəncə fərqliliyə, müxtəlifliyə verilməyən icazədən doğur. Kim dini dövləti, İran İslam quruluşunu inkar edirsə, ona işgəncə verilməlidir. Çünki qəddarlığın özü psixoloji həzdir. İşgəncəyə məruz qalanın qışqırtısı digərlərinə həzz verir. Onlar düşünür ki, mən işgəncə verilənin yerində deyiləm. Dindarlar insanın mənşəyini dində görür və bundan kənara çıxanlar insan deyil. Onun yaşamaq haqqı yoxdur deyə düşünürlər. Ağalar Məmmədov əlavə edib ki İranda insanların zorlanmaya məruz qalmasının əsas səbəblərindən biri kimi seksual azadlığın olmamasını göstərir. “Bu ölkədə kişi qadın əlaqələrinin anormal vəziyyətdə olması seksual aclıq yaradır. Əslində, normal seksual vəziyyət cəmiyyətdə məmnuniyyət, razılıq, daxili xoşbəxtlik duyğusu bəxş edir. Əgər fizioloji seksualıq, uşaq yaratmaq üçün seksuallıqdan deyil, psixoloji seksuallıqdan söhbət gedirsə, Avropa insanlarına rahatlıq və xoşbəxtlik gətirən psixoloji sexsuallaıq, İranda yox dərəcəsindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar