SON XƏBƏRLƏR

Ayətullah Xamneyidən müxalifətçilərə sərt təhdid gəldi

2021.10.20, 07:36
Ayətullah Xamneyidən müxalifətçilərə sərt təhdid gəldi

Gunaz.tv
GÜNAZ/TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, bu gün Tehran cümə namazının rəhbəri Ayətüllah Əli Xamneyi cümə namazının xütbələrində qeyd edib ki yaxınlaşan “Qüds” günündə iğtişaşlar ola bilər (Qüds günü orucluq ayının son cüməsinə təsadüf edir, bu qündə hər il İranda Fələstin xalqına dəstək məqsədi ilə yürüşlər keçirilir). Xamneyi Qüds gününə yönəlik belə deyib: “Muğayat olun, Qüds günündə kimsə ixtilaf sala bilməsin. Mən xəbərdarlıq edib deyirəm ki, sistemə qarşı qılınc çəkməyin cavabı kəskin olacaq”. Müxalifət duşərgəsi o cümlədən Mehdi Kərrubi Qüds günü əhalinin ayağa qalxmasını gözləyirlər. Hətta Kərrubi bir neçə gün öncə deyib ki: “Siz Qüds günündə xalqın gücünü bir daha görəcəksiz və onların hansı cərəyana və düşüncəyə dəstək vermələrinin şahidi olacaqsız”. Şərhçilər Əli Xamneyinin bu çıxışını sırf Qüds günü olabiləcək iğtişaşlara qarşı bir an öncədən qarşışını almaq kimi qiymətləndirirlər. Xatırladaq ki bu günkü cümə namazında prezident Mahmud Əhmədinəjad, məhkəmə sisteminin sədri Ayətullah Amoli laricani, parlamentin sədri Əli Laricani və keşikçilər şurasının sədri Ayətullah Cənnəti iştirak etmişdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar