SON XƏBƏRLƏR

Venesuela prezidenti Uqo Çavez Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyır

2021.10.20, 07:36
Venesuela prezidenti Uqo Çavez Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Venesuela prezidenti Uqo Çavez Moskvada Dmitri Medvedevlə görüşü zamanı açıqlama verib. Açıqlamada qeyd edib ki o, Cənubi Osetiya və Abxaziyanı (Gürcüstanın separatçı regionları) müstəqil dövlətlər kimi tanıyacaq. Cənab Çavez tezliklə Venesuelanın separatçı respublikalarla diplomatik münasibətlər quracağını da bildirib. Kreml dəfələrlə bəyan etsədə, tanınma işi ancaq ölkənin suveren hüququdur və burada heç bir təyziq ola bilməz. Ama Bir çox şərhçilərə görə, Hugo Chavezi ilk növbədə Rusiya silahları maraqlandırır. Özüdə Venesuela bu silahlarla birbaşa çanlı pulla yox, Rusiyadan almaq əzmində olduğu kredit hesabına hesablaşmaq istəyir. Bu baxımdan, bir çox müşahidəçilərə görə, belə kreditin verilməsi üçün Moskva Abxaziya və Cənubi Osetiyanın tanınmasını şərt kimi qoya bilərdi. Qeyd edək ki Rusiya və Nikaraquanın ardınca Venesuela Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımış üçüncü dövlət olacaq. Dünyanın əksər dövlətləri bu regionları Gürcüstanln tərkib hissəsi hesab edir. Dmitriy Medvedev isə məmnunluqla öz tərəf müqabilinə Abxaziya və Cənubi Osetiyanı tanıdığına görə minnətdarlığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar