SON XƏBƏRLƏR

Iranın təkliflər paketi Vaşinqtonu qane etmədiyi halda, Moskvanı razı salıb

2021.10.20, 07:36
Iranın təkliflər paketi Vaşinqtonu qane etmədiyi halda, Moskvanı razı salıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Rəsmi Tehranın nüvə probleminin həllini barədə 6 ölkəyə təqdim etdiyi təkliflər paketi Vaşinqtonu razı salmayıb. Ağ Evdən bildiriblər ki, paketdəki təkliflər amerikanın İranın nüvə proqramı barədə narahtlığını cavablandırmağa yetərli deyil. Vaşinqtondan fərqli olaraq Moskva İranın təkliflər paketinidə bütün nüansların nəzərə alındığını bəyan edib. İranın xarici işlər naziri Mənuçöhr Mottaki nüvə məsələsiylə məşğul olan altılıq ölkələrinə yeni təkliflər paketi təqdim edib. Rəsmi Tehranın fikrincə, bu sənəd beynəlxalq içtimaiyyətin İranın nüvə proqramı barədə olan şübhəsini aradan qaldırmaq iqtidarındadır. Lakin rəsmi vaşinqton bunu əksini fikirləşir. Yeni təkliflər paketiylə tanış olan Ağ Ev dərhal sənədə münasibət bildirib. Departament nümayyəndəsi sabah altılığın İranın nüvə məsələsi barədə əlavə məsləhtləşmələr keçirəcəyini bildirib. Kolui danışıqlar zamanı nüvə problemi barədə növbəti addımların müzakirə olunacağını qeyd edib. Vaşinqton Tehrana qarşı yeni sanksiyanın tətbiqini istisna etmir. Lakin bu addımı heç də bütün tərəflər dəstəkləmir. Yeni təkliflər paketinə müsbət yanaşan rəsmi Moskva BMT-nin Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyanın qəbul olunmayacağını deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar