SON XƏBƏRLƏR

İran, 4 xəzəryanı ölkənin qərarından narahatdır

2021.10.20, 07:36
İran, 4 xəzəryanı ölkənin qərarından narahatdır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın xarici işlər naziri Manuçöhr Mottaki Qazaxıstanın İrandakı yeni səfirini qəbul edərkən söyləyib ki “Xəzəryanı ölkələrin dövlət başçılarının Aktauda İranın iştirakı olmadan keçiriləcək qeyri-rəsmi sammiti ölkəmizin maraqlarına ziddir”. O əlavə edib ki, keçiriləcək qeyri-formal sammit əvvəlki razılaşmalarla ziddiyyət təşkil edir:”Həmin razılaşmalara görə su yolları ilə bağlı istənilən qərar bütün sahilyanı ölkələrin iştirakı ilə qəbul edilməli idi. Fikrimizcə, bu görüş İranın milli maraqlarına ziddir”. Qeyd edək ki bu yaxınlarda Xəzəryanı ölkələr arasında münasibətlərin inkişafı, qarşılıqlı əməkdaşlıq, Xəzərin statusuna dair danışıqlar prosesinin gedişi ilə bağlı məsələlər müzakirə olunacaq. Bununla bağlı sentyabrın 11-13-də Aktauda Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiya prezidentlərinin qeyri-rəsmi sammiti keçiriləcək. Xatırladaq ki sammitə İran dəvət olunmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar