SON XƏBƏRLƏR

Pul əskinaslarının üzərində: “Qüds günü birlikdə İranı yaşıllaşdıracağıq”, “Ya Hüseyn, Mirhüseyn”, “Mənim səsim hardadır?”...

2021.10.20, 07:36
Pul əskinaslarının üzərində: “Qüds günü birlikdə İranı yaşıllaşdıracağıq”, “Ya Hüseyn, Mirhüseyn”, “Mənim səsim hardadır?”...

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, “Diktatora ölüm”, “Bizim Söhrab ölməyib, ölən bu hökumətdir”, “Qüds günü birlikdə İranı yaşıllaşdıracağıq”, “Milli telekanalımıza ayıb olsun”, “Ya Hüseyn, Mirhüseyn”, “Hansı günaha görə öldürüldülər?” və “Mənim səsim hardadır?” kimi şüarlar İranın pul əskinaslarının üzərini boyuyub. Bu kimi şüarlar 12 iyun prezident seçkisinin rəsmi nəticələrinə qarşı dinc etirazların zorakılıqla yatırılmasından sonra İranda pul əskinasları üzərində bir kampaniya kimi başlayıb. əskinaslar üzərində prezidentliyə namizəd olmuş Mirhüseyn Musəvi tərəfdarlarının “yaşıl hərəkatı”na dəstək məqsədi ilə şüarlar yazılır, bəzən də seçki sonrası olaylarda qətlə yetirilən aksiyaçıların şəkilləri həkk edilir. ən çox rast gəlinən şüarlar bunlardan ibarətdir: “Ya Hüseyn, Mirhüseyn”, “Qüds günü birlikdə İranı yaşıllaşdıracağıq”, “Bizim Söhrab ölməyib, ölən bu hökumətdir”, “Milli telekanalımıza ayıb olsun”, , “Hansı günaha görə öldürüldülər?”, “Mənim səsim hardadır?” , “Diktatora ölüm” və ... . Kermannama

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar