SON XƏBƏRLƏR

Ermənistanın «Nabukkoya» qoşulacağı məsələsi Gürcüstanı dilə gətirdi

2021.10.20, 07:36
Ermənistanın «Nabukkoya» qoşulacağı məsələsi Gürcüstanı dilə gətirdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Gürcüstan Ermənistanın «Nabukkoya» qoşulmasına etiraz edir Ermənistanın «Nabukko» layihəsində tranizt ölkə kimi Gürcüstanı əvəz edəcəyi barədə səslənən fikirlər rəsmi Tbilisini ciddi narahat edib. Bu ölkənin energetika nazirliyi Yerevanın enerji layihəsində iştirakının mümkünsüzlüyünü sübut edən arqumentlər ortaya qoyub. Türkiyə-Ermənistan siyasi əlaqələrinin normallaşması Yerevanın enerji layihələrində iştirakını təmin etməyəcək. Bu məsələdə hər şey Azərbaycanın qərarından asılıdır. Rəsmi Bakının mövqeyi isə bəllidir - Ermənistan Azərbaycanın işğal altındakı ərazilərini boşaltmalıdır! Əks təqdirdə, Yerevan beynəlxalq və regional layihələrdən kənarda qalacaq. Məsələ Gürcüstanda böyük narazılıqla qarşılanıb. Bu ölkənin energetika nazirinin müavini Marika Valiaşvili bildirib ki, Türkiyə ilə Ermənistan arasında siyasi əlaqələr bərpa olunsa belə, rəsmi Bakı Yerevanın enerji layihəsində iştirakına heç vaxt razı olmayacaq. «Nabukko» Bakı-Tibilisi-Ərzurum kəmərinin davamıdır və hazırda Azərbaycan kəmərin əsas təchizatçısı hesab olunur. Digər tərəfdən, Gürcüstanla «Şahdəniz» layihəsinin inşasını həyata keçirən konsorsium arasında infrastrukturun idarəsinə dair müqavilə imzalanıb. «Nabukko»-nun reallaşması həmin şirkətə həvalə ediləcəyi təqdirdə bu müqavilənin müddəti uzadılacaq». Valiaşvilinin sözlərinə görə, bu sənəd Gürcüstanı layihədən kənarda qalmaqdan bir növ müdafiə edəcək». Ekspertlər Gürcüstanın narahatçılığını təsadüfi saymırlar. Məsələyə münasibət açıqlayan rusiyalı ekspertlər də Yerevanın «Nabukko»-ya qoşulacağını inandırıcı hesab etmirlər. Onların fikrincə, işğal altındakı ərazilər azad edilməyənədək Azərbaycan büna imkan verməyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar