SON XƏBƏRLƏR

Mir Hüseyn Musəvi: Beheşti kimi insanların həbsi, göstərir ki qarşıda daha jiddi insidentlər olacaq

2021.10.20, 07:36
Mir Hüseyn Musəvi: Beheşti kimi insanların həbsi, göstərir ki qarşıda daha jiddi insidentlər olacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Əlirza Beheşti kimi insanların həbsi qarşıda daha ciddi insidentlərin ola biləcəyindən xəbər verir. Bu sözlər prezidentliyə namzəd olmuş, islahatçı liderlərdən olan Mir Hüseyn Musəviyə aiddir. Cənam Musəvinin bu bəyanatı onun veb səhifəsində dərc olunub. M.Musəvi yeni həbslərin səbəbini belə izah edib: “Onlar seçkidən sonra baş vermiş hadisələr zamanı öldürülən və ya həbs edilənlərlə bağlı məsələləri araşdıran şəxsləri həbs etməklə törədilmiş cinayətlərə aid sənədləri məhv etmək istəyirlər”. Musəvi bu bəyanatında vurqulayıb ki “Beheşti və Əlviri kimi şəxslərin həbs olunması ölkədə baş verəcək dəhşətli hadisələrdən xəbər verir. İndi onlar zindanda saxlanır,son aylar cərəyan edən faciəvi hadisələrin əsas səbəbkarları isə azadlıqdadır. Və faciənin səbəbkarları azadlıqda gəzdiyi halda rəsmilər son cinayətləri araşdıracaqlarını iddia edirlər”. Bununla belə cənab Musəvi müşavirlərindən birisi olan doktor Əlirza Beheştinin həbsindən sonra, tərəfdarlarını təhrikə getməməyə çağırıb. O vurqulayıb ki bu məqamda onun tərəfdarları təmkinli olmalıdırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar