SON XƏBƏRLƏR

Qardaş Türkiyədə sel fəlakəti. Qurbanların sayı 31 nəfərə çatıb

2021.10.20, 07:36
Qardaş Türkiyədə sel fəlakəti. Qurbanların sayı 31 nəfərə çatıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, yerli mətbuatın «İkinci dünya subasması» adlandırdıqları daşqınlıq fəlakəti İstanbul və Trakya bölgələrində ciddi problemlər yaradıb. Ölənlərin sayı isə hər ötən saat daha da artır. Türkiyə Dövlət Meteorologiya İdarəsi bəzi şəhərlərdə şiddətli yağış və sel ehtimalı ilə bağlı əhaliyə növbəti xəbərdarlıq edib. Verilən məlumata görə, Dünən istanbulu bürüyən sel 26 nəfərin hayatının itirilməsinə səbəb olub. Hazırda insanlar xilas olmaq üçün müxtəlif vasitələrlə sudan çıxmağa çalışırlar. Köməksiz insanlara yardım etmək üçün xeyli canlı qüvvə, texnika və hətta hərbi vertolyotlar da cəlb olunub. İstanbulun qubernatoru Muammer Gülər isə bölgədəki son vəziyyəti vertolyotla havadan izləyir. Ümumilikdə fəlakət nəticəsində Türkiyədə həyatını itirənlərin sayı 31 nəfərdir. Rəsmilər bu göstəricinin daha da artacağını bildirib. Çoxlu sayda xəsarət alanlar var. Böyük dağıntılara səbəb olan daşqınlar nəticəsində İstanbulda bir sıra əsas magistral yollarda hərəkət dayandırılıb. Hazırda bu yollarda suyun səviyyəsi 2 metrə çatır. Rəsmi məlumata görə, fəlakət zamanı iki mindən çox evi, içtimai obyektləri su basıb. İstanbulun Şişli rayonunda bir yaşayış binasının su basması nəticəsində evlər qəzalı vəziyyətə düşüb. Təhlükəsizlik qüvvvələri dərhal binanın sakinlərini evakuasiya edib. Bu dəqiqələrdə də İstanbulda şiddətli yağışlar yağır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar