SON XƏBƏRLƏR

Qlin Deyvis: İran artıq atom bombası üçün tələb olunan miqdarda zənginləşdirlmiş urana malikdir

2021.10.20, 07:36
Qlin Deyvis: İran artıq atom bombası üçün tələb olunan miqdarda zənginləşdirlmiş urana malikdir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran artıq atom bombası üçün tələb olunan miqdarda zənginləşdirlmiş urana malikdir. Onun üçündə İran atom bombası hazırlamağa yaxınlaşır. Bu sözləri ABŞ rəsmisi Qlin Deyvis, BMT nüvə agentliyinin Vyanada keçirilən yığıncağında söyləyib. Bu arada İran rəsmiləri deyir ki, xarici işlər naziri Mənuçehr Motəkki dünyanın aparıcı altı qüdrətinin nümayəndələrinə rəsmən təkliflər paketi təqdim edəcək. Motəkki təkliflərin detallarını açıqlamayıb, lakin ümid etdiyini deyib ki, bu paket nüvə danışıqlarının yeni raunduna başlanğıc olacaq. Qeyd edək ki Bu həftənin əvvəlində isə prezident Mahmud Əhmədinjead bəyan etmişdi ki, onun ölkəsi nüvə texnologiyasını inkişaf etdirmək hüququnu müzakirə etməyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar