SON XƏBƏRLƏR

Öncül islahatçı Mehdi Kərrubi həbs olundu

2021.10.20, 07:36
Öncül islahatçı Mehdi Kərrubi həbs olundu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin xarici KİV-nə istinadən yaydığı məlumata görə, öncül islahatçı, keçmiş parlament sədri, Milli Etimad partiyasının lideri, prezidentliyə keçmiş namizəd Mehdi Kərrubi həbs olunub. Bu barədə onun köməkçilərindən biri məlumat verib. Prezidentliyə keçmiş namizədin köməkçisi bildirib ki, Mehdi Kərrubi İranın təhlükəsizlik xidməti əməkdaşları tərəfindən aparılıb. Xatırladaq ki İran polisi İran polisi Kərrubinin paytaxt Tehrandakı bürosunu ötən gün bağlamışdı. Büro bağlanılarkən Tehrandakı etirazlar zamanı həbs olunanlara qarşı işgəncələrlə əlaqədar araşdırma sənədlərinin də ələ keçirildiyi bildirilir. qeyd edək ki bu xəbər hələ rəsmi olaraq öz təsdiqini tapmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar