SON XƏBƏRLƏR

Əlirza Hüseyni Beheşti (Ayətüllah Beheştinin oğlu) həbs olundu

2021.10.20, 07:36
Əlirza Hüseyni Beheşti (Ayətüllah Beheştinin oğlu) həbs olundu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, prezidentliyə namizəd olmuş Mirhüseyn Musəvinin müşaviri, onun seçki qərargahının yaratdığı xüsusi komitənin sözçüsü Əlirza Hüseyni Beheşti sentyabrın 8-də axşam çağı həbs edilib. Bu xəbəri İslahaçılara yaxun mənbələr yayıblar. Mirhüseyn Musəvinin qərargahının yaratdığı özəl komitə,Seçki sonrası repressiyalarla bağlı sənədlər toplamaqla məşğul olan bir qurum kimi sentyabrın 7-si axşam saatlarında Kəşfiyyat İşləri üzrə Nazirlik (ETTELAAT ) əməkdaşlarının hücumuna məruz qalıb. ETTELAAT əməkdaşları qərargahdan seçki qurbanları ilə bağlı bütün sənədləri özləri ilə aparıblar. səhərisi ETTELAAT əməkdaşları komitəyə gələrək Tehran prokurorunun sanksiyasına əsasən Əlirza Beheştini həbsə alıblar. Komitənin fəaliyyət göstərdiyi ofisin möhürləndiyi bildirilir. Xatırladaq ki Əlirza Hüseyni Beheşti İran İslam Respublikası Məhkəmə Sisteminin ilk rəisi, 1981-ci ildə bir partlayışda qətlə yetirilən ayətüllah Məhəmməd Beheştinin oğludur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar