SON XƏBƏRLƏR

Tehran məhkəməsinin hökmü ilə islahatçı “milli etimad partiya”-nın qərargahı möhürləndi

2021.10.20, 07:36
Tehran məhkəməsinin hökmü ilə islahatçı “milli etimad partiya”-nın qərargahı möhürləndi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə. Keçmiş parlament sədri, prezidetliyə namzəd olmuş, öncül islahatçı Mehdi Kərrubinin başçılıq etdiyi “milli etimad partiyası” qapadılıb. Kəşfiyyat İşləri üzrə Nazirlik (ETTELAAT) əməkdaşları dünən günortadan sonra partiya qərargahına gələrək Mehdi Kərrubini binadan çıxardıqdan sonra qərargahı möhürləyiblər. bu xəbəri islahatçılara yaxın mənbələr yayıb. “etimad milli partiyasının” sözcüsü cənab İsmail Gerami Müqəddəm “ilna” xəbər agentliyinə bildirib ki sentyabr ayının 8-də saat 15-də ETTELAATın əməkdaşları Tehran məhkəməsinin rəsmi hökmü əsasında qərargaha müraciət edərək, iş yerini yoxladıqdan sonra bir çox sənəd, film, kampüter və CD-ləri özləri ilə apardılar. Xatırladaq ki bir müddət öncə bu partiyaya aid olan qezetin də rəsmi şəkildə fəaliyətinə qadağa qoyulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar