SON XƏBƏRLƏR

Dövlət Baxçalı: «Baş naziri namuslu olmağa dəvət edirik»

2021.10.20, 07:36
Dövlət Baxçalı: «Baş naziri namuslu olmağa dəvət edirik»

Gunaz.tv
Kürd açılımı AKP-ni bağlaya bilər Baş nazir Rəcəb Tayyib Ərdoğanın kürd məsələsi ilə bağlı ana müxalifət lideri Dəniz Baykalla görüşmək niyyəti Cümhuriyyət Xalq Partiyasında isti qarşılanmayıb. APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Cümhuriyyət Xalq Partiyasının parlament fraksiyasının həmsədri Hakkı Süha Okay ortada konkret plan, proyekt olmadan belə bir görüşə qarşı olduqlarını daha əvvəl də bəyan etdiklərini xatırladıb: “İqtidarın proyekti, düşüncəsi, yol xəritəsi varsa və bunu ictimaiyyətə açıqlayacaqsa, görüşmək olar. Ancaq hökumətin atdığı addımlara nəzər yetirdikdə görmək olur ki, bu “açılım” sanki İmralıdakını xilas etmək və onu tərəf-müqabil kimi qəbul etmək proyektinə çevrilib. Cümhuriyyət Xalq Partiyası belə bir proyektin iştirakçısı olmayacağını çox konkret ifadə edib. Əgər iqtidarın bir layihəsi varsa, bəlkə görüş ola bilər, amma bugünkü şərtlərdə belə bir görüş mümkün deyil”. H. S. Okay AKP-nin yol yoldaşı olmayacaqlarını, hansı limana gedəcəyi bəlli olmayan bir gəmiyə minməyəcəklərini daha öncə də söylədiklərini qeyd edib: “Bu mövqeyimizdə hər hansı dəyişiklik olmayıb”. H. S. Okay kürd məsələsi ilə bağlı parlamentin qapalı toplantısının keçirilməsi barədə AKP-nin təklifinə qarşı olduqlarını da açıqlayıb: “Bir tərəfdən “biz yalnız millətə hesabat veririk” deyirsiniz, digər tərəfdən də Məclisdə qapalı toplantı keçirmək istəyirsiniz. Millətdən nəyi gizlədirsiniz? Təqdim edəcəyiniz layihə millətin qəbul etməyəcəyi layihədirmi ki, bunu gizlətmək istəyirsiniz? Millətdən bəzi şeyləri gizlədib, millətin vəkillərinə bəzi şeylər söyləmək istəyirsiniz və bunu ictimaiyyətin bilməsinə imkan vermirsiniz. Deməli, hansısa pis niyyətiniz var”. Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı da kürd məsələsi ilə bağlı parlamentin qapalı toplantısının keçirilməsi barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təklifinin əleyhinə çıxıb. Bağçalı PKK terror təşkilatının siyasi qolu kimi tanınan Demokratik Toplum Partiyası (DTP) millət vəkillərinin iştirak etdiyi toplantının qapalı keçirilməsinin mənasız olduğunu vurğulayıb: “Türkiyə Böyük Millət Məclisinin qapalı yığıncağında PKK-nın siyasi təmsilçiləri də iştirak edəcək. Bu yolla PKK, İmralıda yatan terrorçu və Qəndil dağındakı terrorçular bütün müzakirələrdən xəbərdar olacaq, türk milləti isə yenə qaranlıqda qalacaq. Ağıl və məntiq sahibi olan hər kəs bu təklifi dəstəkləməyin qeyri-mümkünlüyünü bilir. Türk millətindən qaçaraq qapalı qapılar arxasında bölücülük gündəmini həyata keçirməyi planlaşdıran baş naziri dürüst və namuslu olmağa dəvət edirik. Bu bölünmə, parçalanma, xalqı qarşı-qarşıya gətirmə proyektindən zərər çəkən türk millətinin baş verənləri görməsi və anlamasını əngəlləməyə kimsənin gücü çatmayacaq. AKP-nin bundan qaçmaq cəhdləri əslində xəyanət yolu ilə irəlilədiklərinin etirafıdır”. D. Bağçalı bildirib ki, MHP baş nazirin kürd planının həyata keçirilməsində qətiyyən iştirak etməyəcək, bu mövzuda heç bir müzakirəyə qatılmayacaq və Türkiyənin milli varlığına qarşı yönəlmiş xain sui-qəsdi ifşa etməyə davam edəcək.bizim yol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar